İsveçrə iqtisadiyyatı müsbət təsirlər görür

28 May 2019

Dünya birjalarında İsveçrə iqtisadiyyatının birinci rübdə proqnozlaşdırılandan sürətlə böyüməsi və gələcək proqnozlara dair açıqlamalar diqqət mərkəzində.

İsveçrə iqtisadiyyatı müsbət təsirlər görür

İsveçrədən birinci rüb üzrə ÜDM ilə bağlı açıqlanan müsbət məlumatlardan sonra hökümət gələcək proqnozlarını açıqlayıb. 


2019-cu ilin birinci rübündə iqtisadiyyatın müsbət tendensiyalarla dəstək görməsinə baxmayaraq, ümumi vəziyyət dəyişməz olaraq qalır. 


İqtisadiyyat üçün qlobal ticarət bphranı, Breksit və Avropa-Almaniya iqtisadiyyatının zəifləməsi kimi mənfi təsirlərin mövcud olduğu bir şəraitdə birinci rüb üzrə fundamental göstəricilərin yaxşı açıqlanması, illik proqnozların artacağına işarə deyil. 


Qeyd etmək lazımdır ki, İsveçrə iqtisadiyyatı birinci rübdə rüblük müqayisədə 0.3% proqnozlaşdırılmasına baxmayaraq, 0.6% artıb.