Isvecrə istehsal qiymətləri indeksi

14 May 2019

Beynəlxalq maliyyə bazarlarında bu gün İsveçrədən istehsal qiymətlərinə dair açıqlanan önəmli göstəricilər diqqət mərkəzində olacaqdır.

Isvecrə istehsal qiymətləri indeksi

Bakı vaxtı ilə saat 10.30-da açıqalanacaq İsveçrədən istehsal qiymətləri indeksi bazar iştirakçılarının diqqət mərkəzindədir.


Qeyd edim ki, istehsal qiymətləri indeksi yerli istehsalçılar tərəfindən alınan malların və xidmətlərin satışında orta qiymət dəyişikliyini ölçən inflyasiya göstəricisidir.


İndeks qiymətlərin dəyişməsini satıcılara görə qiymətləndirir.


İstehsal qiymətləri indeksi istehsalın üç sahəsini - sənaye, mal və emal əhatə edir.


Nəticələrin gözləntidən daha yüksək açıqlanması CHF məzənnəsi üçün müsbət, gözləntidən daha aşağı açıqlanmalar isə CHF üçün mənfi olaraq qiymətləndirilir.