İsveçrə Mərkəzi Bankı bazarlara intervensiya edə bilər

19 Sentyabr 2019

Frankın bazarlarda baha ticarət olunduğu qənaətində olan "SNB", lazım olacağı təqdirdə valyuta birjalarına müdaxilə edə biləcəyini açıqlayıb.

İsveçrə Mərkəzi Bankı bazarlara intervensiya edə bilər

İsveçrə Mərkəzi Bankının ("SNB") İdarə Heyəti pul-kredit siyasətinin müzakirəsindən sonra cümə axşamı qərarının açıqlayıb. Qərarə əsasən, monetar siyasət dəyişməz olaraq qalır və uçot faizi də mənfi 0.75%-də saxlanılıb. 

Mərkəzi bank üç aylıq Libor hədəfini də dəyişməz olaraq mənfi 1.25% ilə mənfi 0.25% aralığında saxlayıb. 

"SNB"-nin status kvosunun ardından USD/CHF məzənnəsi üç ayın maksimum - 0.9983 səviyyəsindən ucuzlaşmağa başlayıb. 

Bununla yanaşı, bankın açıqlamasında valyuta birjalarına intervensiyaya hazır olduqları da vurğulanıb. "SNB" frankı da bazarlarda baha ticarət olunduğu qənaətindədir. 

Beynəlxalq bazarlarda ticarət böhranı qlobal iqtisadiyyata daha çox yük ola bilər və yumşaq monetar siyasət də bu baxımından önəmli rol oynayır. 

"SNB" ÜDM və inflyasiya proqnozlarını da açıqlayıb. Belə ki, 2019-ci il üzrə inkişaf gözləntiləri 1.5%-dən 0.5-1.0%, inflyasiya isə 0.6%-dən 0.4%-ə salınıb. 2020-ci ildə inflyasiyanın illik müqayisədə 0.2% artacağı ehtimal edilir ki, bu göstərici bugünə kimi 0.7% idi. 2021-ci il üzrə inflyasiya gözləntiləri də 1.1%-dən 0.6%-ə salınıb. 

Bank risklər arasında siyasi qeyri-müəyyənliyi və ticarət böhranlarını qeyd edir. Bu risklər maliyyə bazarlarında volatilliyi artıra və inkişaf göstəricilərini azalda bilər. Qısa müddətli perspektivdə beynəlxalq dinamikanın dəyişməyəcəyi ehtimal edilir. Orta müddətli perspektivdə isə qlobal bazarların, xüsusilə də yumşaq monetar siyasətilərin hesabına canlana biləcəyi gözlənilir. Bundan sonra inflyasiya da zamanla artacaqdır.