İsveçrə Mərkəzi Bankı faiz dərəcəsini dəyişdirmədi

19 Sentyabr 2019

Faiz dərəcəsinin endirilməməsi, foreks bazarlarında İsveçrə frankına maraqları daha da artıra bilər.

İsveçrə Mərkəzi Bankı faiz dərəcəsini dəyişdirmədi

İsveçrə Mərkəzi Bankı frankın faiz dərəcəsini dəyişdirmədi. Beləliklə də Avropa Mərkəzi Bankı və FED-in faiz enişi siyasətinə qatılmadı. 

Mərkəzi Bank rəsmiləri depozit faizlərini mənfi 0,75% olaraq saxlayaraq, hazırda İsveçrə frankının kifayət qədər dəyərli olduğunu bildirdilər.  Eyni zamanda, iqtisadiyyatı yaxından izlədiklərini və lazım olduğu anda lazımi qərarı alacaqlarını da qeyd etdilər. 

Faiz dərəcəsinin endirilməməsi, İsveçrə frankına maraqları daha da artıra bilər.