İsveçrə Mərkəzi Bankı faiz dərəcəsini dəyişmədi

14 Sentyabr 2017

İsveçrə Mərkəzi Bankı ölkə iqtisadiyyatına dəstək olmaq üçün yumşaq monetar siyasətinə davam edir.

İsveçrə Mərkəzi Bankı faiz dərəcəsini dəyişmədi

İsveçrə Mərkəzi Bankı monetar siyasətində dəyişiklik etməyib. 

İsveçrə Mərkəzi Bankı (ing.: "SNB") cümə axşamı açıqladığı məlumatlara əsasən, uçot faiz dərəcəsi mənfi 0.75% səviyyəsində saxlanılıb. Qeyd etmək lazımdır ki, İsveçrə Mərkəzi Bankı 2014-ci ilin dekabr ayından etibarən mənfi faiz dərəcəsi siyasəti həyata keçirir. 

"SNB" ölkəsinin ixrac potensialına dəstək olmaq üçün frankın bahalaşmasına qarşı yumşaq monetar siyasət həyata keçirir. Mənfi siyasət ilə bərabər, dövlət istiqrazlarına və bəzi səhmlərə də yatırımlar edilir. 

Məlumatın açıqlanmasından sonra son günlər 0.9660 franka kimi 2.5% bahalaşan, USD/CHF məzənnəsi ucuzlaşmağa başlayıb.  Gələn həftənin cümə axşamı isə İsveçrənin xarici ticarət dövriyyəsi ilə bağlı önəmli fundamental məlumatlar açıqlanacaq.