İsveçrədə deflyasiya azalıb

03 Dekabr 2019

İsveçrədə inflyasiya oktyabrda mənfi 0.3% ilə son üç ilin minimumuna düşdükdən sonra yenidən artmağa başlayıb.

İsveçrədə deflyasiya azalıb

İsveçrənin milli statistika idarəsinin çərşənbə axşamı açıqladığı rəsmi məlumatlara əsasən, ölkədə 0.3%-lik deflyasiya 0.1%-ə düşüb. Mütəxəsislər də istehlak qiymətləri indeksində mənfi 0.1%-lik göstəricinin dərcini ehtimal edirdilər. 

Qeyd etmək lazımdır ki, İsveçrədə inflyasiya azalaraq, oktyabrda mənfi 0.3% ilə son üç ilin minimumuna düşmüşdür.