İsveçrədə inflyasiya 0.7%-ə yüksəlib

02 Aprel 2019

Beynəlxalq maliyyə bazarlarında İsveçrədə inflyasiyanın mart ayında artmağa başlaması investorların diqqət mərkəzindədir.

İsveçrədə inflyasiya 0.7%-ə yüksəlib

İsveçrədə inflyasiya proqnozlaşdırılanların əksinə olaraq artıb. 


İsveçrənin milli statistika idarəsinin verdiyi rəsmi məlumatlara əsasən, istehlak qiymətləri indeksi mart ayında aylıq olaraq 0.5%, illik olaraq isə 0.7% artıb. İqtisadçılar isə fevral ayının müvafiq olaraq 0.4 və 0.6%-lik göstəricilərinin dəyişməyəcəyini proqnozlaşdırırdılar.