İsveçrədə inflyasiya 0.6%-ə düşdü

11 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında bu gün gözlənilən önəmli məlumatlar arasında İsveçrənin inflyasiya ilə bağlı statistik məlumatları da olub.

İsveçrədə inflyasiya 0.6%-ə düşdü

İsveçərədə istehlak qiymətləri yanvar ayında fevral ayı ilə müqayisədə 0.3% azalıb. Bu haqda İsveçrənin milli statistika idarəsi məlumat verib və beləliklə, ölkədə inflyasiya noyabr ayından etibarən üç aydır 0.3% azalıb. 


Məlumatlara əsasən, illik inflyasiya da üçüncü aydır ard-arda azalaraq, 0.6%-ə çatıb. 2018-ci ilin avqust ayında bu göstərici 1.2% ilə son səkkiz ilin maksimum səviyyəsini yenilədikdən sonra azalmağa başlayıb. 


Maliyyə bazarlarında aylıq göstəricininin yalnız 0.2% azalacağı gözlənilirdi. İllik inflyasiya isə dərc edildiyi kimi 0.6% proqnozlaşdırılırdı.