İsveçrədə inflyasiyada artım

05 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında İsveçrədə inflyasiyanın fevral ayında artmağa başlaması investorların diqqət mərkəzindədir.

İsveçrədə inflyasiyada artım

İsveçrədə inflyasiya aylıq müqayisədə proqnozlaşdırıldığı kimi artıb. 


İsveçrənin milli statistika idarəsinin verdiyi rəsmi məlumatlara əsasən, istehlak qiymətləri indeksi fevral ayında aylıq olaraq 0.4% artıb. İllik dinamika isə 0.6% səviyyəsində möhkəmlənib. İqtisadçılar da sözügedən səviyyələri proqnozlaşdırırdılar. 


Qeyd etmək lazımdır ki, noyabr-yanvar aylarında qiymətlər aylıq müqayisədə 0.3% azalaraq, illik dinamikanın 0.9%-dən 0.6%-ə düşməsinə səbəb olub.