Isveçrədə istehsal məhsullarında infilyasiya arta bilər

14 Mart 2019

Bu gün böyük maraqla gözlənilən fundamental göstəricilər arasında İsveçrənin sənaye məhsulları qiymətləri məlumatları yer alır.

Isveçrədə istehsal məhsullarında infilyasiya arta bilər

Bu gün Bakı vaxtı ilə saat 11:30-da İsveçrədə istehsal qiymətləri indeksinin açıqlanması gözlənilir. Analitiklər istehsal qiymətləri indeksinin fevral ayında -0.1% olacağını proqnozlaşdırırlar. Müqayisə üçün qeyd edək ki, yanvar ayında bu göstərici -0.7% təşkil edirdi. Proqnozlar özünü doğruldarsa, bu İsveçrə frankının dəyər qazanmasına səbəb ola bilər.