İsveçrənin işgüzar mühitində gözləntilər artıb

01 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında İsveçrə iqtisadiyyatı üçün gözlənilən önəmli fundamental məlumatlar arasında isgüzarlığı ölçən indeks yüksəlib.

İsveçrənin işgüzar mühitində gözləntilər artıb

İsveçrənin iqtisadi araşdırma mərkəzi ""SVME"-nin cümə günü açıqladığı məlumatlara əsasən, istehsal sektorunda biznes aktivliyi indeksi (ing.: "PMI") fevral ayında 55.4 punkta kimi 1.1 punkt azalıb. 


Göstəricidə artım son ayların azalması fonunda zəif qiymətləndirilsə də gələcək aylarda 2018-ci ilin son rübünün səviyyələrinə çatması, maliyyə bazarlarında ciddi qəbul edilə bilər. 


"PMI" (ing.: "Purchasing Managers Index") göstəricisi sahibkarlar arasında 10 mövzu ilə bağlı aparılan sorğu əsasında hazırlanır: Daxil olan sifarişlər, sifariş portfeli, ixrac əsaslı sifarişlər, idxal, istehsal, sifariş olunanların qəbulu, ehtiyat (anbar), müştəri portfeli, məşğuliyyət və qiymət. 


50.0-ın üzərində açıqlanan göstərici inkişafın dinamikası, 50.0-ın altında açıqlanan indeks isə böhran haqqında siqnaldır. 50.0 isə keçmiş göstərici ilə müqayisədə dəyişikliyin olmadığını göstərir.