İsveçrənin istehsal qiymətlərində artım

14 Mart 2019

Beynəlxalq valyuta birjalarında bu gün açıqlanacaq önəmli məlumatlar arasında İsveçrənin sənaye məhsulları inflyasiyası proqnozlardan yaxşı açıqlanıb.

İsveçrənin istehsal qiymətlərində artım

İsveçrənin istehsal qiymətlərinin proqnozlardan fərqli olaraq artması treyderlərin diqqətini cəlb edib və USD/CHF məzənnəsinin ucuzlaşmasına səbəb ola bilər. İsveçrənin Bakı vaxtı ilə saat 11:30-da açıqlanan istehsal qiymətləri indeksi ilə bağlı rəqəmlər diqqət çəkib. Belə ki, yanvarda mənfi 0.7% açıqlanan göstəricinin, mənfi 0.1%-ə qədər artması proqnozlaşdırılırdı. Lakin açıqlanan nəticə proqnozları da üstələdi. Belə ki, istehsal qiymətləri indeksi 0.2% olaraq açıqlandı. Bu isə İsveçrə frankının bir qədər bahalaşmasına səbəb ola bilər.