İsveçrənin Bakı vaxtı ilə saat 11:30-da açıqlanan istehsal qiymətləri indeksi ilə bağlı rəqəmlər diqqət çəkib. Belə ki, yanvarda mənfi 0.6% açıqlanan göstəricinin, mənfi 0.4%-ə qədər artması proqnozlaşdırılırdı.
Lakin açıqlanan nəticə istehsal qiymətləri indeksinin 0.7%-ə qədər azaldığını göstərdi.
Bu isə İsveçrə frankının bir qədər ucuzlaşmasına səbəb ola bilər.