İsveçrənin sənaye göstəriciləri və Frank

22 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında bu gün böyük maraqla gözlənilən önəmli göstəricilər arasında İsveçrənin sənaye ilə bağlı məlumatlar da var.

İsveçrənin sənaye göstəriciləri və Frank

Bu gün Bakı vaxtı ilə saat 11:30-da İsveçrənin sənaye istehsalının həcmi ilə bağlı statistik rəqəmlərin açıqlanması gözlənilir. 


Dekabr ayında 1.4% artımla açıqlanan sənaye istehsalının həcmində yanvar ayında 2.5% -lik artım olması ehtimal edilir. 


Proqnozlar özünü doğruldarsa, beynəlxalq maliyyə bazarlarında frankın qiymətlərində artımlar baş verə bilər. 


Təhlillərə əsasən, USD/CHF cütlüyündə qiymətlər 1.00000 həddinin altında qalarsa, 0.99800 və 0.99350 hədlərinə kimi ucuzlaşa bilər.