İtaliya ilə Avropa arasında yeni dövr

13 Sentyabr 2019

Beynəlxalq maliyyə bazarlarında Avrozonanın daxili siyasi və iqtisadi risklərini azaldan xəbəri investorlar müsbət qarşılayır.

İtaliya ilə Avropa arasında yeni dövr

İtaliyanın maliyyə naziri Roberto Queltieri Romada yeni hökümətin qurulmasında Avropa ilə münasibətlərdə yeni dövr adlandırıb. "Leqa partiyası ilə Avropada böhranlı və ziddiyətli münasibətlər yüksək faizlər, güvənin və investisiyların azalması, eyni zamanda İtaliyanın Brüsseldə siyasi gücünün zəiflədilməsi ilə baha başa gəldi", deyə cümə günü "La Repubblica" qəzetinə müsahibəsində danışıb. 

Bununla yanaşı, bir müddət Avropa Birliyi (AB) parlamentində iqtisadiyyat və valyuta komitəsinə sədrlik etmiş Queltieri "Lega" partiyası tərəfindən İtaliyada planlaşdırılan "Flat Tax"-ə icazə verilməyəcəyini əlavə edib. Bunun əvəzində, vergilərin azaldılması az təminatlılar üçün daha məqsədə uyğundur. 

Büdcə siyasətində də sosial-demokrat partiyasından ("PD") olan nazir qarşıdurmanın olmamasının tərəfdarıdır: "Yeni hökümət islahatlar üçün qanunlar çərçivəsində mübarizə aparacaqdır". Dövlət borcu 133%-ə çatan İtaliya Avro-Stabillik paketinə görə, borc kvotasını azaltmalıdır. Avropada isə 60%-ə kimi icazə verilib. İlk qurulan hökümət isə dövlət xərclərini artırmağa başlamışdır. 

"Borcları inandırıcı yollarla, istər iqtisadi inkişaf, istərsə də dayanıqlı dövlət gəlirləri ilə azaltmaq lazımdır. İtaliyanın istiqrazları üzrə risk səviyyələri də çox azalıb və daha çox azaldılmağa çalışılacaqdır", deyə Queltieri bildirib. Defisit hesablamalarını istisna edən yeni "Green New Deal" planını da  nazir  bir daha müsahibədə dilə gətirib. 

Qeyd etmək lazımdır ki, İtaliyada Kontenin hakimiyyəti altında qurulan ikinci yeni hökümət kabineti çərşənbə axşamı etimad səsverməsi ilə parlament tərəfindən qəbul edilib. Yeni hökümət Avropa yönümlü hesab edilir. Konte tərəfindən "Beş Ulduz Hərəkatı" və "Lega" partiyalarının koalisiyası ilə qurulan hökümət, avqust ayında dağılmışdı. Bundan sonra "Ulduzlar" sosial-demokratlarla koalisiyaya gedərək yeni hökümət qurdular və baş nazir kimi yenidən Konteni seçdilər.