İtaliya iqtisadiyyatı fonunda narahatlıqlar artmaqda

12 İyun 2019

Avrozona iqtisadiyyatında risklərin artmasına təsir edən İtaliyada siyasi və iqtisadi risklər fonunda xəbərlər yayımlanmaqda davam edir.

İtaliya iqtisadiyyatı fonunda narahatlıqlar artmaqda

Almaniyalı sahibkarların İtaliya iqtisadiyatı fonunda narahatlıqları getdikcə artır. Alman-İtaliyan ticarət palatasının Maylandda açıqladığı sorğu nəticələrinə əsasən, şirkətlərin yarıdan çoxu (59%) ölkənin orta müddətli iqtisadi tendensiyasını bədbin qiymətləndirirlər. Keçən il bu göstərici 35 idi. 


Lakin ümumi bədbin mənzərə ilə yanaşı, alman şirkətlərinin 51%-i gələcək 12 ay ərzində işlərində müsbət irəliləyiş proqnozlaşdırırlar. Bununla yanaşı, əksər firmalar (80%) ən böyük riski iqtisadi siyasətdə görürlər və gələcək aylarda az investisiya edəcəklərini bildirirlər. 


Qeyd etmək lazımdır ki, İtaliyada son bir ildir "Lega" və "5 Ulduz Hərəkati" partiyalarından ibarət koalisiya hakimiyyətdədir.