İtaliya iqtisadiyyatına dair mənfi açıqlamalar və Avro

11 Fevral 2019

İtaliyalı nazir Covanni Trianın verdiyi açıqlamalar, avroya qarşı təzyiqləri daha da artırıb. EUR/USD məzənnəsi 1.1220$-a kimi ucuzlaşa biləcəyi proqnozları.

İtaliya iqtisadiyyatına dair mənfi açıqlamalar və Avro

İtaliyanın iqtisadiyyat və maliyyə naziri Covanni Trianın keçdiyimiz həftə verdiyi açıqlamaları, EUR/USD maliyyə alətindəki enişlərin davam etməsinə təsir edib. Nazirin açıqlamalarında önə çıxan fikirlər, əsaslı şəkildə İtaliya iqtisadiyyatındaki yaranmış vəziyyətlə bağlı olub. 


Açıqlamasında Covanni Tria qeyd edir: “Bizim iqtisadi artımı dəstəkləmək üçün müxtəlif üsullarımız var. İtaliya iqtisadiyyatı müəyyən qədər zəifləyib, amma real tənəzzüldən söhbət getmir”. 


Bu və digər əhəmiyyətli açıqlamalar fonunda EUR/USD keçdiyimiz həftəni 1.1440 həddindən 1.1320 hədlərinə qədər ucuzlaşma ilə müşahidə edildi. 1.1310 səviyyəsi EUR/USD maliyyə aləti üçün vacib dəstək nöqtəsi hesab edilir ki, qiymət bu həddi aşağı istiqamətdə kəsəcəyi təqdirdə, 1.1270 və 1.1220 səviyyələrini yoxlaya bilər. 


Əks halda, 1.1380 və 1.1440 hədləri qiymətin artım istiqmətində stimullaşmasına səbər ola  bilər.