İtaliya: Vergi azaldılması təzyiqləri artır

21 İyun 2019

İtaliyanın dövlət borcunun qaytarılması istiqamətindəki təkliflərin razılaşdırılması ətrafında mübahisələrin uzanması Avropada iqtisadi riskləri artırır.

İtaliya: Vergi azaldılması təzyiqləri artır

İtaliyanın baş nazir müavini və daxili işlər naziri Matteo Salvini istefa təhdidi ilə vergi azaldılmasında uğur əldə etməyə çalışır. "Corriere della Sera" qəzetinə cümə günü "Leqa" partiyasının sədri müsahibəsində bildirir ki, ona icazə verilmədiyi təqdirdə sağollaşacaqdır. 


Fikir ayrılığı yaşanan İtaloyanın höküməti daxilində istefa təhdidləri adi hal alıb. Belə ki, bir neçə həftə əvvəl baş nazir Güzeppe Konte "Leqa" və "Beş-Ulduz-Hərəkatı" koalisiya partiyaları arasında mübahisələri dayandırmaq üçün ultimatum vermişdi. 


Vergi azaldılması mövzusunda koalisiya tərəfdarları bir-birilərindən çox uzaq olmasalar da həyata keçirilməsi və təminatı mövzularında parçalanma tuğyan edir. "Leqa" partiyası uzun müddətli ümumi 15%-lik vergi tətbiq etmək istəyir: "Hamımız ödəsək, az ödəyəcəyik". Aşağı vergi istehlak dinamikasını artırmaqla yanaşı, qara bazarı da azaldacaq. 


"Beş-Ulduz-Hərəkatı" isə yalnız varlıların gəlirli çıxmasının qarşısını almaq istəyir. Maliyyə naziri Giovanni Tria da buna qarşı deyil, lakin yüksək dövlət borcu ilə əlaqədar olaraq vergi azaldılmasının tərəfdarı deyil. "On milyarddan az tələb edilən vergi azaldılması siyasəti ciddi deyil. Lakin iqtisadiyyat canlanacaq və pul geri qayıdacaqdır", deyə Salvini əlavə edib.