İtaliyada biznes və istehlak aktivliyi zəifləyib

27 Mart 2019

Avrozona iqtisadiyyatı fonunda proqnozlara təsir edə biləcək İtlaiya iqtisadiyyatı ilə bağlı göstəricilər mənfi açıqlanıb.

İtaliyada biznes və istehlak aktivliyi zəifləyib

İtaliya şirkətləri və istehlakçıları əhval-ruhiyyəsi mart ayında daha da azalıb. 


İtaliya hökümətinin açıqladığı rəsmi məlumatlara əsasən, istehlak inamı indeksi fevral ilə müqayisədə 111.2 punkta kimi 1.2 punkt azalıb. Bu, 2017-ci ilin avqust ayından ən aşağı göstəricidir. Mütəxəssislər yalnız 1112.0 punkta kimi azalma proqnozlaşdırırdılar. 


Özəl şirkətlərdə əhval-ruhiyyəni ölçən indeks isə mart ayında 100.8 punkta kimi 0.8 punkt azalıb. İqtisadçılar isə 0.3 punktluq azalma ehtimal edirdilər. 


Qeyd etmək lazımdır ki, İtaliya iqtisadiyyatında 2018-ci ilin ikinci yarısında böhran müşahidə edilib. Bu il üzrə inkişaf proqnozları da siyasi risklər fonunda aşağıdır.