İtaliyada daxili siyasi böhran dərinləşir

09 Avqust 2019

İtaliyada hökümət böhranı baş nazirin istefası və yeni seçkilərin keçirilməsi ilə nəticələnə bilər.

İtaliyada daxili siyasi böhran dərinləşir

İtaliyanın hökümət başçısı Güzeppe Konte hökümət böhranında daxili işlər naziri Matteo Salvini tərəfindən təsir altına düşmək istəmir. "Daxili işlər naziri tamamilə başqa institusional aktyorların iştirak etdiyi siyasi böhran haqqında danışmazı düzgün deyildir", deyə Konte cümə axşamı danışıb. Baş nazir iki partiya sədrləri ilə əlaqə saxlayacağını bildirib və Salvinidən hökümətin işinə maneə olmasını Senata izah etməsini tələb edib. 

Mediada parlamentdə etimad səs vrməsinin keçirilə biləcəyi və Kontenin vəzifəsindən uzaqlaşdırılacağı ehtimal edilir. Bu da yeni seçkilərə gətirə bilər.  Bu isə prezident Sercio Mattarelladan asıılı olacaqdır, çünki hökümət böhranı zamanı ilk öncə parlamenti digər variantlar fonunda suala çəkəcəkdir. Ulduzlar isə belə bir vəziyyətdə parlamentdə üstünlük təşkil edirlər. Parlamentdə isə "Ulduzlar" üstünlük təşkil edirlər, baxmayaraq, "Lega" partiyası son zamanlar əhali arasında keçirilən sorğularda üstünlüyü əla alaraq, "Beş Ulduz Hərəkatı" partiyasını geridə qoyub. 

Qeyd etmək lazımdır ki, "Lega" partiyasının sədri Salvini "Beş Ulduz Hərəkatı" ilə koalisiyanı böhrana sürükləyib. Belə ki, sədr yeni seçki tələb edib və Konteni parlamentə müraciət edərək hökümətin artıq çoxluq tərəfindən dəstəklənmədiyindən əmin olmasına çağırıb.