İtaliyada hökümət böhranının artması təhlükəsi

08 Avqust 2019

İtaliyanın hökümət böhranın öhdəsindən gələ biləcəyinə dair sualların artdığı bir vaxtda daxili işlər naziri narahatlığını tez-tez gündəmə gətirir.

İtaliyada hökümət böhranının artması təhlükəsi

İtaliyalı Daxili İşlər naziri Matteo Salvini İtaliyada yeni hökümət böhranı fonunda narahatlığını gündəmə gətirib. Keçən aylar ərzində "Beş Ulduz Hərəkatı" ilə koalisiya dağılmağa başlayıb, deyə "Lega" partiyasının sədri çərşənbə günü Sabaudiyada çıxışı zamanı deyib. Bütün hadisələr isə cümə axşamı hökümət daxilində müzakirələrin başlaya biləcəyini işarədir. Baş nazir Güzeppe Konte isə planlaşdırılan mətbuat konfransını, Salvini isə Abruççoda görüşünü ləğv edib: "Problem həll edilməlidirsə, tez həll ediləcəkdir". 

Yay tətili öncəsi Romada siyasi böhranın böyüyə biləcəyi ehtimal edilir. Belə ki, Senatda çərşənbə günü koalisiya daxilində fikir ayrılığının nə qədər dərin olduğu müşahidə edilib. Lion və Turin arasında dəmir yolu planlarını "Lega" dəstəkləsə də "Beş Ulduz Hərəkatı" partiyası qəbul etmir. Sonuncular bir daha milyard avroluq layihənin əleyhinə səs veriblər. 

Salvini bunu dönüş üçün əsas görür. Mediada isə artıq "Lega"-nın daha çox nazir vəzifələri tələb edə biləcəyi yeni hökümətin qurulmasından danışılır. Digər variant isə daha çox "Lega" partiyasının xeyrinə olan hökümət sazişidir. Koalisiyanın dağılması ehtimalları da az deyil. 

Lakin koalisiyanın dağılmasında heç biri maraqlı deyildir. Təkrar seçkinin nəticələri isə "Leğa" partiyasının leyhinə olacağı ehtimal edilir. Sorğularda sonuncular "Beş Ulduz Hərəkatı" partiyasını geridə qoyub. Koalisiyanın dağılması təkrar seçkiləri şərtləndirmir. Prezident Sercio Mattarella hökümət böhranı zamanı ilk öncə parlamenti digər variantlar fonunda suala çəkəcəkdir. Ulduzlar isə belə bir vəziyyətdə parlamentdə üstünlük təşkil edirlər.

Salvini bazar ertəsi dəmir yolu layihəsinə yox deyənlərə höküməti təhlükə altına salmaqları ilə bağlı xəbərdarlıq edib və yeni seçkini gündəmə gətirib. Koalisiyanın dağılması ehtimalları isə aylardır davam edən danışıqlarda azalmır. Bununla yanaşı, Salvini gərginliyini tez-tez çıxışlarında alovlandırır ki, bu da seçki kampaniyasına oxşardır. Lakin bugünə kimi hər iki partiya birlikdə qalmağı bacarıb. 

Qeyd etmək lazımdır ki, İtaliyanın daxilində hökm sürən hakimiyyət böhranı ümumilikdə Avropa Birliyində də siyasi riskləri artırır.