İtaliyada inflyasiya son 2 ilin minimumuna düşdü

09 Avqust 2019

İtaliyada inflyasiya iyul ayında proqnozlaşdırılandan da çox düşüb.

İtaliyada inflyasiya son 2 ilin minimumuna düşdü

İtaliya hökümətinin cümə günü açıqladığı rəsmi məlumatlara əsasən, istehlak qiymətləri indeksi iyul ayında illik müqayisədə yalnız 0.4% artıb. Bu göstərici iyun ayında 0.7% olduqdan sonra 0.5%-ə kimi azalacağı proqnozlaşdırılırdı. Aylıq müqayisədə isə qiymətlərin 0.1% artması ehtimal edilirdisə də dəyişiklik müşahidə edilməyib.