İtaliyanın Avropa kursuna dair açıqlamalar gözlənilir

12 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında, xüsusilə də avronun qiymətlərində bu gün İtaliyanın baş naziri Kontenin çıxışı böyük dalğalanmalara səbəb ola bilər.

İtaliyanın Avropa kursuna dair açıqlamalar gözlənilir

Bu gün Bakı vaxtı ilə saat 20:00-da İtaliyanın baş naziri Güzeppe Kontenin çıxışı treyderlərin diqqət mərkəzindədir. Kontenin Ştrazburqda Avropa parlamentində Avropa Birliyinin gələcək roluna dair açıqlamalar verəcəyi gözlənilir. Onun ölkəsi üçün hansı Avropa siyasətini üstün tutması ilə bağlı açıqlamaları böyük maraqla gözlənilməkdədir. 


Qeyd etmək lazımdır ki, 2018-ci ildə İtaliya höküməti ilə Brüssel arasında yaranmış yeni büdcə planı böhranı həll olunsa da AB-yə qarşı təkrar siyasi hücumlar Fransa hökümətinin səfirliyini geri çağırması ilə nəticələnmişdi. 


Konte hökümətinə qarşı antiavropa siyasəti iddiaları var. Konte isə bunu qəbul etmir və İtaliya hökümətinin Avropa Birliyində ciddi dəyişiklər tələb etdiyini müdafiə edir, xüsusilə də miqrant, iqtisadiyyat və vergi sahələrində.