İtaliyanın taleyi iyunun sonuna kimi həll olunacaq

04 İyun 2019

İtaliya hökümətində koalisiya partiyaları arasında mübahisələrin artması və hökümətin effektli fəaliyyəti fonunda qeyri-müəyyənliklər diqqət mərkəzindədir.

İtaliyanın taleyi iyunun sonuna kimi həll olunacaq

İtaliya hökümətinin taleyi daxili işlər naziri və baş nazir müavini Matteo Salvinin fikirlərinə əsasən, gələcək dörd həftə ərzində həll olunacaqdır. "İyun ayının sonuna kimi görəcəyik. İyun ayının sonuna kimi kiminsə iradəsi fonunda şübhələr qalmayacaqdır", deyə çərşənbə axşamı "Lega" partiyasının sədri vurğulayıb. 


"Mən öz növbəmdə nə Avropa seçkilərindən əvvəl, nə də sonra hökümətin dağılması haqqında düşünmüşəm. Lakin bir daha təkrarlayıram: Önəmli olan əməllərdir", deyə Salvini əlavə edir. 


Hökümət "Leqa" ilə "Beş Ulduz Hərəkatı" partiyaları arasında mübahisələrin artması fonunda qırılqan vəziyyətə çatıb. Partiyasız hökümət başçısı Güzeppe Konte bazar ertəsi koalisiya üzvləri yola getməyəcəkləri təqdirdə istefa verəcəyi ilə təhdid edib. Hökümət daxilində fikir ayrılıqları Avropa seçkiləri ərzində daha da artıb və seçkidən sonra da həll edilə bilinməyib. 


Gərginliyə digər səbəb Avropa birliyi komissiyasının çərşənbə günü gözlənilən qərarıdır. Brüssel yüksək borc səviyyəsinə sahib İtaliyanın qaydalara zidd hərəkət etdiyi qərarını verərsə, cərimələrlə qarşılaşa bilər.