İtaliyanın yeni höküməti Brüsseldə

11 Sentyabr 2019

Beynəlxalq maliyyə bazarlarında İtaliyada daxili siyasi risklərin azalması, ümumilikdə Avropa iqtisadiyyatına olan etimadı da artırır.

İtaliyanın yeni höküməti Brüsseldə

İtaliyanın baş naziri Güzeppe Konte Avropa Birliyində (AB) büdcə siyasətinin daha işlək olmasını müdafiə edəcəkdir. Romada senat qarşısında çərşənbə axşamı çıxışı zamanı Konte Avro-Stabillik paketinin islahatları üçün işləyəcəyini deyib. Məqsəd isə İtaliyanın dayanıqlı inkişafıdır. 

Konte çərşənbə günü Brüsseldə olacaqdır və Dublin qanununda da dəyişiklik tələb edəcəkdir. Qanuna əsasən, Avropada sığınacaq prosedurunu miqrantın ilk dəfə addım atdığı ölkə həyata keçirir. Bu mövzuda İtaliya Aralıq dənizindəki coğrafi mövqeyinə görə özünü dezavantajlı hesab edir.

Qeyd etmək lazımdır ki, İtaliyada Kontenin hakimiyyəti altında qurulan ikinci yeni hökümət kabineti çərşənbə axşamı etimad səsverməsi ilə parlament tərəfindən qəbul edilib. Yeni hökümət Avropa yönümlü hesab edilir. Konte tərəfindən "Beş Ulduz Hərəkatı" və "Lega" partiyalarının koalisiyası ilə qurulan hökümət, avqust ayında dağılmışdı. Bundan sonra "Ulduzlar" sosial-demokratlarla koalisiyaya gedərək yeni hökümət qurdular və baş nazir kimi yenidən Konteni seçdilər. 

Dövlət borcu 133%-ə çatan İtaliya Avro-Stabillik paketinə görə, borc kvotasını azaltmalıdır. İlk qurulan hökümət isə dövlət xərclərini artırmağa başlamışdır.