İyul ayında xarici ticarətdə kəsr azaldı

29 Avqust 2019

İyul ayında xarici ticarət kəsiri 46.9% azalaraq 3 milyard 192 milyon dollar oldu.

İyul ayında xarici ticarətdə kəsr azaldı

Türkiyə Statistika Təşkilatı ilə Ticarət Nazirliyinin birgə açıqladığı müvəqqəti xarici ticarət məlumatlarına görə; 2019-cu ilin iyul ayında ixrac 2018-ci ilin eyni ayına nisbətən 7.9% artaraq 15 milyard 160 milyon ABŞ dollarına çatdı. İdxal isə 8.5% azalaraq 18 milyard 351 milyon ABŞ dollar təşkil etmişdir.

İyul ayında xarici ticarət kəsiri 46.9% azalaraq 3 milyard 192 milyon dollar oldu. İxracın idxala nisbəti 2018-ci ilin iyul ayında 70% idisə, 2019-cu ilin iyulunda 82.6% -ə yüksəldi.

Mövsüm şərtlər istisna olmaqla 2019-cu ilin iyul ayında ixrac və idxal müvafiq olaraq 15.2% və 4.6% artdı.İxracat 4.8% artmış, idxalat isə 9.1% azalmışdır.