Janet Yellen cari pul siyasətini dəstəkləyir

29 Noyabr 2017

"FED" sədrinin saat 19:00-da konqres qarşısında baş tutacaq çıxışının mətninə əsasən, ABŞ-da iqtisadiyyat güclənir və faizi artırmaq lazımdır.

Janet Yellen cari pul siyasətini dəstəkləyir

Amerika Mərkəzi Bankının ("FED") sədri Janet Yellen Amerika iqtisadiyyatının vəziyyəti ilə bağlı müsbət fikirdədir və cari monetar siyasəti də dəstəkləyir. Belə ki, Janet Yellenin bu gün Bakı vaxtlı ilə saat 19:00-da konqres qarşısında baş tutacaq çıxışının mətni açıqlanıb. Mətnə əsasən, ABŞ iqtisadiyyatında inkişafın gücü genişlənir. Bu səbəbdən əmək bazarında vəziyyəti və inflyasiyanı stabil səviyyədə saxlamaq üçün "FED"-in faiz dərəcəsini mərhələli şəkildə artırmalıdır. Yığılmış istiqraz portfelinin azaldılması kursunda dəyişikliyə də ehtiyac yoxdur. 

Bununla yanaşı, hələ vəzifəsini icra edən Yellen maliyyə bazarları üçün də təhlükə görmür. Göstəricilərin tarixi yüksəkliyə qalxmasına baxmayaraq, maliyyə sektorunda həssaslıq mülayim səviyyədədir. "FED"-in daha çox məyus olduğu mövzu isə inflyasiya göstəriciləri ilə əlaqədardır. İnflyasiyanın baza indeksi sonuncu dəfə gözlənilmədən zəifləmişdi.

Qeyd etmək lazımdır ki, "FED" sədri Janet Yellenin səlahiyyət müddəti fevral ayında bitir. ABŞ prezidenti Donald Trump isə “FED”-in yeni sədrliyinə Jerom Poveli təklif edib. Senat bu təklifi təsdiq etməlidir.