Kadadada ticarət balansında kəsr artdı

06 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında Kanadanın xarici ticarət dövriyyəsi ilə bağlı fundamental məlumatlar proqnozların əksinə olaraq mənfi açıqlanıb.

Kadadada ticarət balansında kəsr artdı

Bu gün Bakı vaxtı ilə saat 17:30-da Kanadanın ticarət dövriyyəsinə dair statistik rəqəmlər dərc edildi.  


Noyabrda -2.06M olan ticarət balansı kəsrinin dekabr ayında azalaraq -1.7M təşkil edəcəyi pronozlaşdırılsa da nəticələr bu gözləntini təsdiqləmədi. 


Belə ki, ticarət balansındakı mənfi saldo 2.53 milyard Kanada dolları artaraq 4.59 milyard təşkil etdi. Bunun isə Kanada dollarının maliyyə bazarlarında bir qədər də dəyər itirməsinə səbəb ola biləcəyi ehtimal edilir.