Kanada dollarına qarşı təzyiqlər aktual olaraq qalır

11 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında Kanada dollarının Kanadada işsiziyin artması xəbəri ilə daha çox ucuzlaşa biləcəyi proqnozları artıb.

Kanada dollarına qarşı təzyiqlər aktual olaraq qalır

USD/CAD məzənnəsində cümə günü müşahidə edilən sürətli eniş dalğası, 1.32C$ səviyyəsində "Buğaların hücumuna" məruz qalıb. Cümə günü Amerika sessiyasında 1.3232C$-dan 1.3296C$-a kimi bahalaşan məzənnə, bu gün 1.3280C$-a ticarət edilməkdədir. 


Təhlillərə əsasən, USD/CAD valyuta cütlüyünün qiyməti 1.3232C$-ın üzərində qaldıqca, yenidən 1.3280C$-a kimi bahalaşa bilər. Sonuncu səviyyənin üzərində möhkəmlənən qiymətin isə 1.3328 və 1.3366C$-a kimi bahalaşa biləcəyi proqnozlaşdırılır. 


Qeyd etmək lazımdır ki, cümə günü Kanadanın əmək bazarı ilə bağlı açıqlanan fundamental məlumatlarda, ölkədə işsizliyin gözləniləndən (5.7%) daha çox - 5.8%-ə kimi artması yayımlanmışdı.