Kanada dollarında ucuzlaşma ehtimalları

08 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında bu gün dərc ediləcək fundamental məlumatlar fonunda Kanada dolları ucuzlaşa bilər.

Kanada dollarında ucuzlaşma ehtimalları

Gün ərzində Kanadadan dərc olunması gözlənilən məşğulluq səviyyəsindəki dəyişikliklə bağlı göstəricinin 8 min nəfər olaraq açıqlanacağı gözlənilir. 


Gözləntinin azalma ilə dərc olunması Kanada dollarında müəyyən dəyişikliklər yarada bilər ki, bu da öz növbəsində USD/CAD maliyyə alətinə təsir edə bilər. 


Cütlük üçün 1.3360 həddi önəmli səviyyə hesab edilir. Cütlüyün qiyməti bu həddin aşağısında qaldığı müddətdə, eniş ehtimalları qüvvədə qalmış hesab edilir. 1.3360 hədlərinin yuxarı istiqamətdə qırılması, qiymətin 1.3445 hədlərinə qədər bahalaşmasına təsir edə bilər.