Kanada iqtisadiyyatında artım gözlənilir

29 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında böyük maraqla gözlənilən fundamental xəbərlər arasında Kanadanın ÜDM göstəriciləri də var.

Kanada iqtisadiyyatında artım gözlənilir

Bu gün Bakı vaxtı ilə saat 16:30-da Kanadanın ümumdaxili məhsulun həcmində dəyişikliklə bağlı statistik rəqəmlər dərc ediləcəkdir. Analitiklər ÜDM-in 0.1%-dək artacağını proqnozlaşdırırlar. Proqnozlar öz təsdiqini taparsa, Kanada dolları maliyyə bazarlarında bahalaşa bilər.