Kanada Mərkəzi Bankı faizini 1.50%-ə yüksəltdi

11 İyul 2018

Kanada Mərkəzi Bankı 2018-ci il ərzində ikinci növbəti faiz artımına getdi, maliyyə bazarlarında isə Kanada dolları 0.7% bahalaşdı.

Kanada Mərkəzi Bankı faizini 1.50%-ə yüksəltdi

Kanada Mərkəzi Bankı (ing.: "BoC") çərşənbə axşamı açıqladığı rəsmi məlumatlarında uçot faiz dərəcəsini 1.25%-dən 1.50%-ə yüksəldib. Bu cari il ərzində artıq ikinci faiz artımıdır. Ümumiyyətlə, "BoC" 2017-ci ilin iyul ayından etibarən siyasətini sərtləşdirməyə başlayıb. Beləliklə, 2017-ci ildə də iki faiz artımına gedərək, 0.50%-dən 1.50%-ə kimi artırılıb. 


Kanadada inflyasiyanın artıq 2.0%-in üzərində artması və iqtisadi dinamikanın güclənməsi Kanada Bankını siyasətini sərtləşdirməsinə səbəb olur. İqtisadiyyatın dayanıqlı inkişafı üçün inflyasiya 2.0%-lik ətrafında məsləhət olunur. Bunun üzərində artan inflyasiya qarşılığında isə mərkəzi banklar faiz dərəcələrini yüksəltməklə, pulun həddindən artıq dəyərdən düşməsinin qarşısını alır. 


Məlumatların açıqlanmasından sonra USD/CAD məzənnəsi 1.3076 C$-a kimi 0.7% ucuzlaşıb. Texniki Analizlərə əsasən, qiymət 1.3073 C$-ı da aşağı istiqamətdə qırarsa, 1.2879 C$-ına kimi də ucuzlaşa bilər. 


Bununla yanaşı, maliyyə bazarlarında ilin sonuna kimi əlavə bir faiz artımı fonunda gözləntilər 50%-dir. Ümumilikdə isı gələcək 12 ay ərzində 2.00%-ə kimi iki əlavə faiz artımı proqnozlaşdırılır.