Kanada Mərkəzi Bankından faiz artımı qərarı

24 Oktyabr 2018

"BoC"-nın 2018-ci il ərzində üçüncü faiz artımına getdikdən sonra dünya birjalarında Kanada dollarının məzənnələri 1%-a kimi bahalaşıb.

Kanada Mərkəzi Bankından faiz artımı qərarı

Kanada Mərkəzi Bankının (ing.: "BoC") çərşənbə günü açıqladığı qərarında uçot faiz dərəcəsi 1.50%-dən 1.75%-ə yüksəldilib. Bank 2017-ci ilin iyul ayından etibarən uçot faiz dərəcələrini artırmağa başlayıb. Keçən ilin may ayında 0.50% səviyyəsində olan faiz dərəcələri, may ayında 0.75%-ə kimi yüksəldilməklə, bank tərəfindən sərt monetar siyasətin əsası qoyuldu. Bundan sonra bank 0.25%-lik məsafə ilə artıq 2018-ci il ərzində üç dəfə faiz artırmaqla siyasətinə davam etməkdədir. 


Məlumatların açıqlanması, beynəlxalq valyuta birjalarında USD/CAD məzənnəsinin 1.2986C$-ına kimi 0.9% ucuzlaşmasına səbəb olub. 


Qeyd etmək lazımdır ki, məzənnə 2016-ci ilin yanvar ayında təqribən son 13 ilin maksimum səviyyələrinə - 1.4689C$ - kimi bahalaşdıqdan sonra dolların ucuzlaşması ilə 2017-ci ilin aprel ayına kimi 1.3793C$-ına kimi ucuzlaşmağa başlamışdır. Əlavə olaraq bankın sərt monetar siyasəti isə prosesi daha da sürətləndirərək, məzənnənin 1.3386C$-ına kimi ucuzlaşmasına səbəb oldu.