Kanadadan açıqlanacaq faiz qərarı

06 Mart 2019

Bu gün investorların diqqət mərkəzində olan önəmli fundamental məlumatlar arasında Kanadanın uçot faiz qərarı vardır.

Kanadadan açıqlanacaq faiz qərarı

Bu gün Bakı vaxtı ilə saat 19.00-da Kanadadan açıqlanacaq faiz qərarı bazar iştirakşılarının diqqət mərkəzindədir.


Mərkəz bankın faiz dərəcələrinin müəyyənləşdirilməsi qərarı, əsasən, inkişaf perspektivinə və inflyasiyaya bağlıdır. Mərkəzi bankın əsas məqsədi qiymət sabitliyinə nail olmaqdır. Yüksək faiz dərəcələri, onların pulları üçün "risksiz" gəlirin ən yaxşı variantını axtaran xarici ölkələri cəlb edir ki, bu da ölkənin valyutasına tələbatın kəskin artmasına səbəb ola bilər.


Gözləniləndən yüksək göstəricilər müsbət, gözləniləndən daha aşağı göstəricilər isə CAD üçün mənfi hesab olunur.


Qeyd edək ki, Kanada mərkəzi bankı sonuncu dəfə keçən ilin oktyabr ayında faiz artımı etmişdir.


Hal-hazırki faiz qərarının stabil olaraq 1.75 % saxlanılması proqnozlaşdırılır.