Kanadadan işsizliklə bağlı göstəricilər

05 Aprel 2019

Beynəlxalq birjalarda bu gün açıqlanacaq önəmli məlumatlar arasında Kanadanın əmək bazarına dair göstəricilər də yer alıb.

Kanadadan işsizliklə bağlı göstəricilər

Bu gün Bakı vaxtı ilə saat 16:30-da Kanadada işsizlik səviyyəsi ilə bağlı statistik rəqəmlər dərc ediləcəkdir. Analitiklər Kanadada mövsümi iş yerləri istisna olmaqla ümumi işsizlik səviyyəsinin dəyişməyəcəyini proqnozlaşdırırlar. Müqayisə üçün qeyd edək ki, fevral ayında da ümumi işsizlik səviyyəsi 5.8% təşkil edirdi. Ehtimallar özünü doğruldarsa, Kanada dolları dünya maliyyə bazarlarında dəyər qazana bilər.