Kanadadan "Ivey" Biznes aktivliyi indeksi açıqlanacaq

06 Fevral 2019

Dünya maliyyə bazarlarında bu gün açıqlanacaq önəmli fundamental məlumatlar arasında Kanadanın biznes mühitinə dair göstərici də diqqət mərkəzindədir.

Kanadadan "Ivey" Biznes aktivliyi indeksi açıqlanacaq

Gün ərzində Bakı vaxtı ilə saat 17:30-da Kanadadan açıqlanacaq "Ivey" biznes aktivliyi indeksiylə bağlı göstərici USD/CAD cütlüyündə müəyyən hərəkətlilik yarada bilər. Ümumiyyətlə bu göstəricinin 50-dən yuxarı səviyyədə  açıqlanması bu sahədə olan genişlənməni göstərir.


İndeks Kanada Biznes aktivliyi Assosasiyası və Riçard Ivey biznes məktəbinin birgə layihəsi çərçivəsində yaradılıb.


"Ivey" biznes aktivliyi indeksinin 56.4 olaraq açıqlanacağı gözlənilir ki, açıqlanan göstərici 56.4-dən yüksək olacağı təqdirdə USD/CAD cütlüyünün qiyməti 1.3130 həddinə kimi ucuzlaşa bilər. Əks halda, qiymətin yuxarı hədəfi olan 1.3270 həddini sınaması gözlənilir.