Karney: Mənfi faizlər lazım deyil

11 Sentyabr 2019

Beynəlxalq maliyyə bazarlarında İngiltərə Mərkəzi Bank sədrinin mənfi faizlərə dair mövqeyi GBP/USD məzənnəsinə təsir etməyib.

Karney: Mənfi faizlər lazım deyil

İngiltərə Mərkəzi Bankının sədri Mark Karney çərşənbə axşamı verdiyi açıqlamasında, ingilis banklarının dörddə üçünün iqlim riskini maliyyə riski kimi gördüyünü bildirib. 

Breksit ətrafında proseslərin İngiltərədə monetar şərtlərə ciddi fəsadları olacağını və bunun ciddiyə alınmasını müdafiə edən sədr, mənfi faizləri də uyğun alət kimi görmür. 

Bununla yanaşı, Karney Amerika Mərkəzi Bank (FED) sədrinin dilə gətirdiyi kimi mərkəzi bankların müstəqil olmaqda davam etməli olduğunu vurğulayıb. 

GBP/USD bank sədrinin şərhlərindən sonra az reaksiya verib və günün maksimum səviyyələrində ticarət edilib.