Karney: Sərt "Breksit"-in ciddi fəsadları yarana bilər

17 İyul 2018

"BoE"-nin sədri İngiltərə ilə AB arasında razılaşdırılan keçid dövrü müqaviləsinin ləğv edilməsinin cddi fəsadları haqqında danışıb.

Karney: Sərt "Breksit"-in ciddi fəsadları yarana bilər

İngiltərə Mərkəzi Bankının (ing.: "BoE") sədri Mark Karneyin sözlərinə görə, sərt "Breksit"-in (İngiltərənin Avropa Birliyindən (AB) ayrılması) ciddi iqtisadi fəsadları ola bilər və eyni zamanda, maliyyə siyasəti də bundan təsirlənəcək. Bu haqda çərşənbə günü parlament qarşısında çıxışı zamanı Mark Karney danışıb. O bildirib ki, belə bir vəziyyətdə iqtisadi vəziyyət və faiz siyasəti yenidən təhlil edilməlidir. 


"Breksit" müqaviləsi vaxtında təsdiq edilməsə, onda İngiltərə Beynəlxalq Ticarət Təşkilatının (ing.: "WTO") prinsiplərinə əsasən hərəkət edəcək. Lakin sədr xəbərdarlıq edir ki, "WTO"-nun qanunları İngiltərənin xeyrinə deyil. 


İngiltərə və AB arasında müqavilə razılaşdırılıb ki, İngiltərə 2019-ci ilin mart ayı "Breksit"-indən 2020-ci ilin sonuna kimi səs hüququ olmayan üzv kimi birlikdə qala bilər. "Bizim vəzifəmiz isə odur ki, sözügedən vəziyyətə yaxşı hazırlaşaq", deyə Karney əlavə edib. 


Razılaşmanın ləğv edilməsi, öz növbəsində, maliyyə sektorunda ciddi iqtisadi nəticələrə gətirib çıxaracaq. Belə bir vəziyyətdə xidmətlərinə tələb olmayan banklar ordusu yaranacaq.