Karney: Zəif iqtisadiyyata aşağı faizlə cavab verəcəyik

10 Yanvar 2020

Beynəlxalq maliyyə bazarlarında İngiltərə Mərkəzi Bank sədrinin açıqlamalarından sonra funt sterlinq ucuzlaşmağa başlayıb.

Karney: Zəif iqtisadiyyata aşağı faizlə cavab verəcəyik

İngiltərə Mərkəzi Bankının sədri Mark Karney cari - Breksit ilində faiz azaldılması ehtimallarını gücləndirib. Bankın Londonda baş tutan konfransında açılış nitqində sədr, monetar siyasətin iqtisadiyyatın zəifləməkdə davam edəcəyi şəraitində çevik reaksiya verəcəyinə bildirib. 

Bununla yanaşı, Karney faiz siyasəti təsirlərinin məhdudiyyətindən danışıb. Belə ki, İngiltərə Bankının cari uçot faizi 0.75%-dır. Lakin bankın iqtisadiyyata dəstək olması üçün daha çox imkanlara sahib olduğunu dilə gətirib. Sədr klassik faiz siyasəti ilə bərabət istiqraz alışı proqramının mümkünlüyünə də toxunub ki, bu da maliyyə bazarlarında 2.5%-lik faiz azaldılmasına bərabər tutulur. 

Bank sədrinin çıxışından sonra GBP/USD məzənnəsi ucuzlaşamağa başlayıb. 

Qeyd etmək lazımdır ki, Böyük Britaniya yanvar ayının 31-də Avropa Birliyini tərk edəcəkdir və ilin sonuna kimi sonuncu ilə ticarət sazişinin müzakirələri və razılaşdırılması planlaşdırılır. Bu isə son illər Breksit sazişi ətrafında yaranmış qeyri-müəyyənliklər fonunda iqtisadi zəifləmənin davam edə biləcəyinə də işarədir.