Karneydən 38 trilyon funtluq xəbərdarlıq

27 İyun 2018

İngiltərə Mərkəzi Bankının maliyyə dayanıqlığı hesabatında Avropa Birliyinin İngiltərə höküməti ilə yaxından işləmədiyi narahatlığını göstərilib.

Karneydən 38 trilyon funtluq xəbərdarlıq

İngiltərə Mərkəzi Bankının (ing.: "BoE") sədri Mark Karney lazımi tədbirlərin görülməməsi şəraitində İngiltərənin Avropa Birliyindən ayrılması prosesinin (ing.: "BREXIT") 38 trilyon dollarlıq beynəlxalq törümə maliyyə aktivləri üçün təhlükə yaradacağını bildirib. 


Sədr eyni zamanda AB-yə trilyonlarla funt sterlinq dəyəri olan törəmə müqavilələrə qarşı təhlükənin ortadan qaldırılması üçün vaxtın daraldığını vurğulayaraq təzyiqləri artırıb. 


Karneyin Londonda təqdim etdiyi maliyyə dayanıqlığı hesabatında, "BoE" AB-nin keçid qaydalarının müəyyən olunması mövzusunda İngiltərə höküməti ilə birgə işləməsə, gələn ilin mart ayında maliyyə bazarlarında qarışıqlıq yarana biləcəyini göstərib. İngiltərə AB-dən 2019-ci ilin mart ayında ayrılmağı planlaşdırır. 


İngiltərə Bankı "müqavilə davamlılığı" probleminin, xüsusilə iki tənzimlənməmiş törəmə müqavilələri tərəfləri (banklar) arasında birbaşa əməliyyatlar zamanı problem yaranacağından narahatdır.