Karneyin çıxışı diqqəti mərkəzində

05 Mart 2019

Beynəlxalq valyuta birjalarında funtun qiymətlərinə güclü təsir edə biləcək hadisələr arasında Karneyin çıxışı gözlənilməkdədir.

Karneyin çıxışı diqqəti mərkəzində

İngiltərə Mərkəzi Bankının sədri Mark Karney 6 Mart saat 19:35-də çıxış edəcək.


Bazar iştirakçılarının diqqət mərkəzində olan çıxışın GBP/USD maliyyə cütlüyünə güclü təsir etməsi gözlənilir.


Hal-hazırda 1.31 hədlərində ticarət olunan cütlük üçün əhəmiyyətli hesab edilən 1.3185 səviyyəsinin yenidən yoxlanılması üçün Karneyin çıxışında səsləndirəcəyi müsbət fikirlər böyük əhəmiyyət kəsb edir.  


Eniş istiqamətinə davam ediləcəyi təqdirdə maliyyə alətinin qiymətini yenidən 1.3050 və 1.2975 səviyyələrində görə bilərik.