Kiprdə qaz münaqişəsi: Əlavə türk gəmisi işə daxil oldu

07 Avqust 2019

Kipr adası ətrafında Aralıq dənizində zəngin təbii qaz yataqları uğrunda siyasi gərginliklərin artdığı şəraitdə 3-cü türk gəmisi də araşdırmalara başlayıb.

Kiprdə qaz münaqişəsi: Əlavə türk gəmisi işə daxil oldu

Kipr adası ətrafında Aralıq dənizində zəngin təbii qaz yataqları səbəbilə ağır siyasi gərginliyin artdığı bir şəraitdə üçüncü türk gəmisi də araşdırma işinə başlayıb. Çərşənbə günü "Yavuz" gəmisinin artıq 710 metr dərinliyinə qədər qazıdığı xəbərləri yayılıb. Anadolu xəbər agentliyi gəminin üç ay ərzində qaz axtaracaqdır. Bu, Kipr Respublikasının razılığı olmadan türk hərbi gəmilərinin müşayəti altında həyata keçirilir. 

Avropa birliyinin (AB) xarici işlər nazirləri isə iyulun ortalarında təbii qaz araşdırmalarına görə Türkiyəyə qarşı cəza tədbirlərinin tətbiqinə dair qərar qəbul ediblər. Bununla yanaşı, AB maliyyə köməyi azaldılıb və hava nəqliyyatı sazişi danışıqları da dayandırılıb. Türkiyə isə soyuqqanlığını qorumaqdadır və aktiv olduğu suların ölkəsinə aid olduğunu müdafıə edir. 

"Yavuz" gəmisindən başqa əlavə iki türk gəmisi də Kipr sularında üzür. Adanın qərbindən "Fatih" artıq bir neçə həftədir qazıntı işləri aparır. "Barbaros Hayreddin" isə adanın cənubunda seismik araşdırmalar üçün üzür. Bundan əlavə dördüncü gəmi "Oruc Reis" də avqust ayında işlərə qatılacaqdır. 

Qeyd etmək lazımdır ki, Kipr adası ikiyə bölünüb. Adanın şimal hissəsi 1974-cü ildən etibarən Türkiyə tərəfindən tutulub və ancaq Türkiyə tərəfindən tanınan Şimali Kipr Respublikasına aiddir. Lakin ada bütövlükdə Kipr Respublikası olaraq beynəlxalq səviyyədə tanınır və 2004-cü ildən AB-nin üzvüdür. 

Keçmiş illər ərzində Kipr Respublikasının sifarişi ilə adanın cənubunda zəngin qaz yataqları aşkar edilmişdir. Araşdırmalar bu gün də davam edir. Ankara isə Şimali Kiprin razılığı olmadan heç bir qərarı qəbul etmir.