Klarida: Ölkələrdə problemlər ABŞ-a keçə bilər

28 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında ABŞ iqtisadiyyatında risklərin arta biləcəyinə dair açıqlama bu dəfə FED-in vitse prezidenti tərəfindən verilib.

Klarida: Ölkələrdə problemlər ABŞ-a keçə bilər

Amerika mərkəzi bankının (FED) vitse prezidenti Riçard Klarida başqa ölkələrdə problemlərin getdikcə ABŞ iqtisadiyyatına ticarət, valyuta və maliyyə bazarları vasitəsi keçə biləcəyini bildirib. 


Bununla yanaşı, qlobal risklərin və inflyasiyada artımın da zəifləməsi səbəbilə monetar siyasətdə səbrli olmağın önəmliyi bir daha vurğulanıb.