Koinlərin dollara nisbətən qiymətləri bahalaşır

30 Aprel 2020

Foreks bazarlarında dolların ucuzlaşması ilə yanaşı, avro və funtun qiymətində də bahalaşma güclü deyil, əksinə kriptovalyuta bazarında trendlər güclənir.

Koinlərin dollara nisbətən qiymətləri bahalaşır

Beynəlxalq valyuta birjalarında Amerika Mərkəzi Bankının (FED) gələcək gözləntilərə dair açıqlamalardan sonra dolların aparıcı valyutalara nisbətən qiymətləri ucuzlaşaraq, aprel ayının orta səviyyələrində ticarət edilməkdədir. Təhlillərə əsasən, qiymətlərin mart ayının orta qiymətlərinə kimi ucuzlaşacağı proqnozlaşdırılır. 

Bununla yanaşı, EUR/USD və GBP/USD məzənnələrində də bahalaşma məhdud qiymətləndirilir, ucuzlaşma dalğasının güclənəcəyi ehtimalları da gündəmdədir. 

Lakin kriptovalyuta bazarlarında Bitkoin (9404$), Laytkoin (51$), Etereum (226$), Riplin 0.23$) qiymətlərində dəyər qazanma davam edir. 

Əlvan metallar bazarlarında isə qızılın qiyməti 1717$-ın altında dalğalanmaqdadır və qalmaqda davam edərsə, 1670$-a kimi ucuzlaşacağı proqnozlaşdırılır. Burada onu qeyd etmək lazımdır ki, koinlərin dollara nisbətən qiymətlərinin bahalaşması ilə yanaşı, qızıla olan tələb də yüksək olaraq qalır və bu səbəbdən də qızılın qiymətində bahalaşmanın güclənəcəyi ehtimalları da kifayət qədər önəmli səviyyələrdədir.