Komissiya sədri seçilməsi Avropada böhran olacaq

26 İyun 2019

Beynəlxalq maliyyə bazarlarında Avropada uzanan komissiya sədrliyinə namizəd seçiminin siyasi riskləri artırması investorların diqqət mərkəzində.

Komissiya sədri seçilməsi Avropada böhran olacaq

Almaniyanın baş naziri Anqela Merkel Avropa birliyində (AB) parlament prezident seçkisinə kimi namizlədlər fonunda razılıq əldə edilmədiyi təqdirdə çətinliklər fonunda xəbərdarlıq edib. 


"İyul ayının 2-sinə kimi razılıq əldə olunmasa vəziyyət mürəkkəbləşəcək", deyə Merkel çərşənbə axşamı "CDU/CSU" fraksiya toplantısında bildirib. Baş nazir ümid edir ki, Avropa parlamentində franksiyalar iyun ayının 30-da baş tutacaq zirvə toplantısına kimi komissiya sədrliyinə namizəd ilə əlaqədar razılığa gələcəklər. 


Merkel bununla yanaşı, "EVP"-nin namizədi Manfred Veber komissiya sədri olmasını istəyir. Almaniyanın "CDU/CSU" fraksiyası toplantısında bir daha vurğulandı ki, Avropa parlamentində seçkilərdə "EVP" böyük fərqlə güclü mövqedədir. 


Brüsseldə parlamantdə isə fraksiya sədrləri komissiya sədrliyinə seçkinin iyulun 2-də yox, bi gün sonra baş tutmasını istəyirlər. Səbəb kimi AB zirvə toplantısından sonra müzakirələr üçün imkanın olması göstərilir. Parlament sədrinin seçilməsi digər sədrlərin seçilməsi üçün ilkin addımdır. Bura komissiya, şura, mərkəzi bank və xarici əlaqələr sədrliyi aiddir. AB şurası tərəfindən təklif edilən komissiya sədrliyinə namizəd parlament tərəfindən qəbul edilməlidir. Razılıq əldə olunmasa, AB-də institusional böhran başlaya bilər. 


"EP" fraksiyası ilə digər 28 AB dövlət və hökümət başçıları bugünə kimi komissiya sədrliyinə namizəd mövzusunda razılaşmayıblar. Merkel Fransa prezidenti Makron tərəfindən qəbul edilməyən üst namizəd prinsipini yenidən müdafiə edib. Bu prinsipə əsasən, komissiya sədri yalnız partiyanın üstün namizədi ola bilər. Bu zaman Veber ilə yanaşı sosial-demokrat Frans Timmermans və ya liberal Marqaret Vestaqer də komissiya sədrliyinə namizəd sayılır. 


Avropanın sosial-demokrtalarının əksəriyyəti də parlamentin yalnız üstün namizədləri seçə biləcəyinin tərəfdarıdırlar. 


Qeyd etmək lazımdır ki, keçən həftə baş tutan AB zirvə toplantısında namizədlər fonunda qərar alınmayandan sonra Makron yuxarıdakı hər üç namizədin uduzduğunu vurğulamışdı.