Konte: Xalqa yaxın siyasət olmalıdır

13 Fevral 2019

İtaliya Avropada insanların son illər iqtisadi siyasət fonunda uzaqlaşdırdığını vurğulayaraq, risklərin bölüşdürülməsini tələb edib.

Konte: Xalqa yaxın siyasət olmalıdır

İtaliyanın baş naziri Güzeppe Konte Avropa Birliyindən vətəndaş narazılıqlarının artması fonunda xalqa yaxın olmasını tələb edib. AB ilə insanlar arasında məsafə son illər artıb, deyə baş nazir çərşənbə axşamı AB parlamentində çıxışı zamanı bildirib. 


Kontenin "Avropanın gələcəyi"-inə dair çıxışı mülayim qiymətləndirilsə də İtaliyanın saiysəti deputatlar tərəfindən sərt tənqid olunub. Konte tənqidlər fonunda qəzəblənib. 


Siyasətini müdafiə edən İtaliyanın hökümət başçısı Avropada kurs dəyişikliyi istəyib. O, iqtisadiyyat və maliyyə böhranı zamanı tətbiq edilən iqtisadi "liberal quruluşları" və qənaət proqramını vətəndaşların yadlaşmasının əsas səbəbi kimi görür. 


Beləliklə, Konte AB parlamenti üçün səlahiyyətlərin artırılmasını və risklərin bölüşdürülməsi ilə birliyin tamamlanmasını istəyib.