Bitkoin bankomatları artırılır

12 May 2020

Beynəlxalq kriptovalyuta bazarında bankomatların artırılmasına dair xəbərlər qiymətlərin bahalaşmasına səbəb ola bilər.

Bitkoin bankomatları artırılır

"Coinstar" firması 3500-dən çox Bitkoin bankomatına sahibdir. İqtisadiyyatın COVİD-19 fonunda zəifləməsinə baxmayaraq istifadəçilərinin 40% artmasına görə, firma bankomatların sayını iki dəfə artırmağı planlaşdırır. Firma bankomatların xüsusilə Amerikada artırılmasının düşünüldüyünü bildirib. 

Qeyd etmək lazımdır ki, "Coinstar" "Coinme" bankomatlarını daha çox kiosk, supermarket, böyük ticarət mərkəzləri və apteklərdə yerləşdirir. Xəbərin kriptovalyuta bazarında qiymətlərin bahalaşmasına təsir edəcəyi gözlənilir.