Kriptovalyuta fyuçerslərinə olan maraq artmaqdadır

21 Aprel 2020

Beynəlxalq kriptovalyuta bazarlarında fyuçerslərlə ticarətin artması, investorların büdcə siyasətlərinə də müsbət təsir edir.

Kriptovalyuta fyuçerslərinə olan maraq artmaqdadır

Amerikada da Bitkoin fuyuçersləri ilə ticarət imkanları genişlənməkdədir. Bununla da birjada portfelində bitkoin fyuçerslərini ehtiva edən heyət də artır. Bu artım Bitkoin və Etereum kimi kriptovalyutalarla əlaqədar opsion və birja fondları ilə ticarətdə də müşahidə edilir. 

Mütəxəssislər kriptovalyuta fyuçerslərinin addım-addım bazarlara daxil edilməsini, ənənəvi maliyyə bazarları ilə kriptovalyuta bazarlarının yaxınlaşması kimi qiymətləndirirlər. Beynəlxalq maliyyə bazarlarında fyuçerslərə olan maraq illərdir ki artır və kriptovalyuta investorları üçün də bu, bir imkan olacaqdır ki, aktivlərini daha səmərəli idarə edə bilsinlər. 

Qeyd etmək lazımdır ki, kriptovalyuta fyuçersləri ilə ticarətin və investisiyaların genişlənməsi, sahəyə olan marağın daha da artmasına səbəb olur.