Kuroda: "BoJ" güclü impulslar üçün imkanlara sahibdir

10 İyun 2019

Yaponiya iqtisadiyyatında dayanıqlı inflyasiyanın təmin olunması istiqamətində mərkəzi bankın maliyyə imkanlarının olduğu bildirilir.

Kuroda: "BoJ" güclü impulslar üçün imkanlara sahibdir

Yaponiya mərkəzi bankının (ing.: "BoJ") sədri Kuroda "BBG TV"-yə müsahibəsində ölkədə qiymət dinamikasının zəifləməsi şəraitində fəaliyyətin gücləndirilməsi haqqında danışıb. 


Bankın güclü impulslar üçün imkanlarının olduğunu vurğulayan Kuroda, əlavə tədbirlərin vacib olduğu şəraitində yan təsirlərin azaldılması yollarının axtarılmasının önəmliyini bildirib.


Lakin bununla yanaşı sədr Yaponiya iqtisadiyyatının əlavə impulslara ehtiyac olmadığını müdafiə edib.