Kuroda: İnflyasiya hədəfinə çatana kimi davam edirik

10 Oktyabr 2017

"BoJ" sədri bankın rüblük toplantısında çıxışı zamanı, Yaponiya iqtisadiyyatı ilə bağlı müsbət danışıb.

Kuroda: İnflyasiya hədəfinə çatana kimi davam edirik

Yaponiya Mərkəzi Bankının (ing.: "BoJ") toplantısında çıxış edən sədri Haruhiko Korudo, bankının yumşaq monetar siyasətinə iki faizlik inflyasiya hədəfinə çatana kimi davam edəcəyi bildirib. 

Eyni zamanda, sədr istehsal və inflyasiya gözləntilərinin yaxşılaşması ilə yanaşı, inflyasiyanın da iki faizlik hədəfə doğru yavaş yavaş sürətlənəcəyini əlavə edib: "Yaponiya iqtisadiyyatı orta sürətdə inkişaf etməkdə davam edir və gələcəkdə də orta sürətdə inkişaf edəcəyi gözlənilir. İnflyasiyanın isə hədəfə çatması üçün "BoJ" da siyasətini uyğunlaşdıracaq".

Qeyd etmək lazımdır ki, Yaponiyada baş nazir Şinzo Abenin növbədənkənar seçkilərin keçirilməsi qərarını diqqət mərkəzində saxlayır. Mütəxəssislərin fikrincə, baş nazir son zamanlar ona olan etimadın artmasından və müxalifətin zəifləməsindən faydalanaraq, parlamentdə üstünlüyünü möhkəmləndirmək və hakimiyyətini uzatmaq istəyir. Abe özü isə açıqlamasında Şimali Koreyaya qarşı sərt siyasət üçün güclü siyasi dəstəyə ehtiyac olduğunu bildirir. Bununla yanaşı, baş nazir ilin sonuna kimi iki trilyon yen həcmində iqtisadi islahat proqramının qərarını vermək istəyir. Yaponiya iqtisadiyyatı yüksək borc və əhalisinin qocalmasından əziyyət çəkir.